MAQATE İranda nüvə silahına dair heç bir əlamət GÖRMƏYİBbackend

MAQATE İranda nüvə silahına dair heç bir əlamət GÖRMƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MAQATE İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair heç bir əlamət görməyib.

İnterpress.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Qrossi Polşanın “Rzeczpospolita” qəzetinə deyib.

Qrossi bildirib ki, MAQATE İranın nüvə silahı əldə etməyə hazırlaşdığına dair heç bir əlamət qeydə almayıb.

“İranın nüvə silahı əldə edə bilməsi və ona malik olması iki fərqli məsələdir.

Bizim təqdim etdiyimiz məlumatlar həqiqətən həssas idi. Çünki bu, nüvə bombası yaratmaq üçün müəyyən potensiala işarə edirdi. Lakin bu, bu potensialın reallaşacağını iddia etməyə əsas vermir…

İranlılar zənginləşdirilmiş uranı metala emal etməli olacaqdılar. Tehranın belə bir niyyəti olsa belə, bunun üçün aylar və daha çox lazım olacaq”, – Qrossi deyib.

O, həmçinin baş nazir Netanyahunun İranın nüvə obyektlərinə hücum qərarını qiymətləndirməkdən imtina edib.

Qrossi qeyd edib ki, MAQATE-nin işi faktlar ortaya çıxarmaq və onlara hesabat verməkdir.

“Dövlət liderlərinin onları necə şərh etməsi isə onların işidir”, – agentliyin rəhbəri bildirib.

Bundan əlavə, o, bir daha vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı problemləri hərbi yolla həll etmək olmaz.

Xuraman Etibarlı

İnterpress.az