Moskva vilayətində restoranın qarşısında iki kişi güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Mash məlumat yayıb.
Moskva vilayətinin Odintsovo rayonunda yerləşən gürcü restoranının qarşısında iki kişi arasında mübahisə atışma ilə nəticələnib.
Məlumata görə, hadisə elit kottec qəsəbəsindəki “Marani” restoranının dayanacağında baş verib.
28 yaşlı Vladislav və 38 yaşlı Aleksandr arasında mübahisə zamanı tərəflərin silah çıxardığı bildirilir. Nəticədə hər iki kişi güllə yarası alıb.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vladislavın boyun nahiyəsindən, Aleksandrın isə başından güllə yarası aldığı qeyd olunur.
Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin qəsəbədə Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı Anna Kameneva da öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az






