Mayamidə QƏRİBƏ QƏZA: “Chevrolet” “Lamborghini”nin üstündə PARK ETDİ – VİDEObackend

Mayamidə QƏRİBƏ QƏZA: “Chevrolet” “Lamborghini”nin üstündə PARK ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayamidə qadın sürücü “Chevrolet” ilə “Lamborghini”nin üstünə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

ABŞ-nin Mayami şəhərində maraqlı yol-nəqliyyat hadisəsi baş verib. Qadın sürücü idarə etdiyi üç tonluq “Chevrolet” yolsuzluq avtomobili ilə “Lamborghini” markalı superkarı görməyərək onun üzərinə çıxıb.

Hadisənin avtomobillərin hündürlük fərqindən qaynaqlandığı bildirilir.

İri ölçülü avtomobilin hündür asma sistemi sürücüyə aşağıda dayanan superkarı görməyə mane olub və nəticədə qadın avtomobili “Lamborghini”nin üstündə park etməli olub.

Xuraman Etibarlı

İnterpress.az