Medvedev ABŞ prezidentinə müraciət edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
“Ey, mərhəmətli Tramp, sui-qəsdin real sifarişçiilərini cəzalandırmağın vaxtı deyilmi?”, – Medvedev deyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini xatırladıb ki, ABŞ Kiyevə kömək üçün yüz milyardlarla dollar xərcləyib, Ukrayna isə bunun əvəzini Trampın həyatına qəsdlə ödəyib.
“Bəs nə? İndi Amerika axmaqları prezidentlərini öldürmək üçün Banderovçulardan silah alırlar! Biabırçılıq!”, – Medvedev qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az