Məhkəmə hədə-qorxusu İŞƏ YARADI: Solovyovdan 1 milyonluq “ÜZR” – FOTO/VİDEObackend

Məhkəmə hədə-qorxusu İŞƏ YARADI: Solovyovdan 1 milyonluq “ÜZR” – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viktoriya Bonyanın təhqirlərə cavabı Solovyova baha başa gəlib. 

İnterpress.az xəbər verir ki, bu barədə Viktoriya Bonya sosial şəbəkə hesabında yazıb. 

Teleaparıcı Vladimir Solovyov efirə dəvət etdiyi bloqer Viktoriya Bonyadan üzr istəyib.

Aparıcı Bonyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra ona qarşı işlətdiyi “köhnəlmiş əxlaqsız qadın” və “agent” ifadələrinə görə “həddindən artıq emosional” olduğunu bildirib.

Bonyanın sözlərinə görə, bu üzrxahlıq ona 1 milyon rubla (təxminən 22 600 manat) başa gəlib.

Lakin maraqlıdır ki, Solovyov İtaliyanın Baş naziri Corca Meloniyə dediyi “faşist murdarı” ifadəsinə görə üzr istəməkdən imtina edib.

Viktoriya Bonya isə aparıcının ona ünvanladığı sözləri, hər nə qədər səmimi olmasa da, üzrxahlıq kimi qəbul edib.

Efir zamanı Bonyanın Putinə müraciəti də müzakirə olunub. Solovyovun “Putin Rusiyada xalq tərəfindən sevilir, qorxmurlar” dediyi vurğulanır.

Qeyd edək ki, qalmaqal Bonyanın aprelin 14-də Vladimir Putinə videomüraciəti ilə başlamışdı. O, müraciətində rusiyalıların hakimiyyətdən gizlədilən problemlərini sadalamışdı.

Solovyov buna cavab olaraq bloqeri “satqınlığı ilə tanınan obraz” adlandırmışdı. Bonya isə öz növbəsində onu məhkəməyə verəcəyi ilə hədələmişdi.

Nəhayət, aprelin 28-i, çərşənbə axşamı Viktoriya Bonya Solovyovun verilişində iştirak edərək konfliktə nöqtə qoymağa çalışıb.

Xuraman Etibarlı

İnterpress.az