“Müqəddəs mübarizə” hərəkatının lideri Qalstanyan daha 2 ay həbsdə qalacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmənin qərarı ilə “Müqəddəs mübarizə” hərəkatının lideri Qalstanyanın həbs müddəti daha 2 ay uzadılıb.
Xatırladaq ki, onun həbs müddəti bundan əvvəl fevralın 19-da da 2 ay müddətinə artırılmışdı.
Qalstanyan terror aktları hazırlamaq, kütləvi iğtişaşlar törətmək və hakimiyyəti zorla ələ keçirməyə cəhd etməkdə ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az






