Meksikanın Miçoakan əyalətində magistral yolda iki maşın arasında baş verən silahlı toqquşma nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Silahlı qarşıdurmada 5 nəfər həyatını itirib, yol qəzasında 3 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardımın göndərildiyi, atəşə tutulan maşınlardan birinin tamamilə yandığı qeyd edilib.
Baş Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.