Meksikada mühacirləri daşıyan avtobusun Meksikanın Oaxaka və Puebla əyaləti sərhədi yaxınlığındakı magistral yolda yük maşını ilə toqquşması nəticəsində ilkin məlumata görə, 16 nəfər ölüb, 36 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikada mühacirlərin olduğu avtobusun Kuaknopalan-Oaxaca magistral yolunda yük maşını ilə toqquşub.
Qəzada biri uşaq olmaqla 8 kişi və 8 qadın həyatını itirib, 36 nəfər yaralanıb.
Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır, yaralılar Puebla xəstəxanasına aparılıb.
Oaxaka ştatının qubernatoru Salomon Jara Kruz mərhumların ailələrinə başsağlığı verib.