Meksikada yanacaq daşıyan tankerin iştirakı ilə baş verən yol qəzasında 8 nəfər yanaraq ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanacaq daşıyan tanker, yük maşını və minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində yanacaq çəninin alov alması nəticəsində nəqliyyat vasitələrində olan 8 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 2 saatlıq işdən sonra yanğını söndürərkən, magistral avtomobillərin hərəkətinə bağlanıb.
Qəzanın yanacaq tankerinin idarəetməni itirərək aşaraq digər 2 avtomobillə toqquşması nəticəsində baş verdiyi təxmin edilir.