Meksikanın ən yüksək dağına çıxan 4 alpinist yıxılaraq ölübbackend

Meksikanın ən yüksək dağına çıxan 4 alpinist yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Puebla ştatının mülki müdafiə idarəsi 5675 metr yüksəklikdəki dağa qalxan alpinistlərin ölümü ilə bağlı açıqlama verib.

Ofis 4 nəfərin yıxılaraq həyatını itirdiyini açıqlayıb.

Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar.

2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin qarda basdırılmış cəsədini tapıb.

2017-ci ildə Piko de Orizabada bir amerikalı ölüb.

ABŞ-ın Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyasının üzvünün dağa qalxarkən öldüyünü açıqlamışdı.