Gürcüstanda axırıncı siniflərdə təhsil alanlar üçün peşə təhsili məcburi olacaq.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənib təhsil naziri Giorgi Amilaxvari məlumat verib.
Onun sözlərinə görə, tələbələrə məktəb attestatı ilə yanaşı, peşə təhsili aldıqlarına dair müvafiq sənəd də veriləcək.
“Biz praktiki olaraq, inteqrativ proqramlar tətbiq etməklə yuxarı siniflərdə peşə təhsilini ümumi təhsilin məcburi hissəsinə çevirmək istəyirik, çünki bu, artıq istənilən şagirdə ümumi təhsil haqqında attestat ilə birlikdə artıq bir xüsusi təhsil almış olmaq imkanı verir”, – Giorgi Amilaxvari “Rustavi 2”nin efirində deyib.