Məktəblərin açılma qərarı dəyişəcək? – “Elə situasiya yarana bilər ki…”backend

Məktəblərin açılma qərarı dəyişəcək? – “Elə situasiya yarana bilər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yaxın günlərdə təhsil müəssisələrinin açılacağı tarix bəlli olsa da, bir sıra valideynlər hələ də buna inanmırlar. Onlar yenidən karantin qaydalarının tətbiq olunacağını düşünürlər. Bu üzdən hətta valideynlər uşaqlarına məktəb ləvazimatları da almırlar. Yəni tədris mövsümünə hazırlıq hər il olduğu kimi deyil. Bu qeyri-müəyyən vəziyyətdə olanlar nə etməlidir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında situasiyanın virusdan asılı olduğunu söyləyib:

“Nə valideynləri, nə də Təhsil Nazirliyini günahlandırmaq olar. Bu valideyndən, Təhsil Nazirliyindən daha çox virusun özünü aparmasından asılıdır. Lakin Təhsil Nazirliyinin üzbəüz dərs keçmək haqqında verdiyi qərar çox sevindirici haldır.

Koronavirus nə qədər qorxunc olsa da, bizim üçün təhlükə törətsə belə biz bu cinayətkarın üzərinə gedirik. Biz təhsilə qayıtmaq istəyirik. Bu çox yaxşı haldır. Alqışlamaq lazımdır”.

Ekspertin sözlərinə görə, valideynlər tədris müəssisələrinin açılmasına inanmamaqda haqlıdırlar: “Valideynlərin inanmaması məsələsi də var. Onlar da haqlıdırlar. Sabah elə situasiya yarana bilər ki, Təhsil Nazirliyinin qəbul etdiyi bu qərarlar dayandırılar.

Allah bizi o haldan uzaq etsin. Ona görə də valideynlər, vətəndaşlar hamısı çalışmalıdır ki, koronavirusun yayılma imkanlarını məhdudlaşdırsınlar”.

Ş.Əsgərovun fikrincə, kontakların sayını minimuma endirmək lazımdır: “Bir sözlə kontaktların sayını minimuma endirmək lazımdır. Dostlarla, qohum-əqraba ilə kontaktı azaltmaq, qaydalara riayət etmək lazımdır. Maska, distansiya, bunların hamısına əməl olunmalıdır.

Düzgün əməl olunsa, biz koronavirusu cilovlaya bilərik. Nəinki biz dünya koronavirusu hələ də cilovlaya bilmir”.