Rusiyada məktəbli çantalarına yeni standart tətbiq edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Avqust ayından etibarən Rusiyada məktəbli çantaları üçün yeni bir GOST tətbiq edilib.
Çəki – kiçik siniflər üçün 700 q-dan çox olmayan və yuxarı siniflər üçün 1 kq-a qədərdir.
Bundan əlavə, GOST müəyyən edir ki, kürək çantaları təhlükəsiz materiallardan hazırlanmalı və əks etdirən elementlərlə təchiz olunmalıdır.
Xuraman Etibarlı
İnterpress.az