Məktəblilər Mi-8 helikopterini yandırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Omskda iki məktəbli aviabazada Mi-8 helikopterinə molotov kokteyli ataraq yandırıb.
Onlar hadisədən sonra qaçıblar, lakin tezliklə həbs ediliblər.
16 yaşlı oğlanlar Telegram vasitəsilə təklif aldıqlarını, orada yanğın törətmək üçün onlara 20 min dollar vəd edildiyini, lakin pulun heç vaxt ödənilmədiyini bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Noyabrskda da analoji hadisə baş verib. Məktəblilərə helikopteri yandırdıqlarına görə 5 milyon rubl vəd edilib.
Xuraman Etibarlı
İnterpress.az