Məktəbliləri vurub meşədə gizlənən 51 yaşlı kişi SAXLANILDI – VİDEObackend

Məktəbliləri vurub meşədə gizlənən 51 yaşlı kişi SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda iki məktəblini vurub meşədə gizlənən sürücü saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiyanın İrkutsk şəhərində piyada keçidində iki azyaşlı məktəblini vurduqdan sonra hadisə yerindən qaçan sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Keçirilən əməliyyat zamanı 51 yaşlı şübhəli şəxs yaşayış binasının həyətində ələ keçirilib.

Məlum olub ki, saxlanılan şəxs qəzadan dərhal sonra meşəyə qaçaraq bütün bu müddət ərzində orada gizlənib.

Araşdırmalar zamanı onun sürücülük vəsiqəsinin olmadığı, əvvəllər də sükan arxasında sərxoş vəziyyətdə yaxalandığı üçün vəsiqədən məhrum edildiyi müəyyən olunub.

Qəza nəticəsində yaralanan 7 və 8 yaşlı qızlar hazırda xəstəxanada müalicə olunurlar və vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili idarə etmək üçün verən nəqliyyat vasitəsinin sahibi də rəsmi məsuliyyətə cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.аz