Məlahət Qurbanova : Yenicağ möhkəm addımlarla irəliləyərək müstəqil və tərəfsiz fəaliyyət göstərirbackend

Məlahət Qurbanova : Yenicağ möhkəm addımlarla irəliləyərək müstəqil və tərəfsiz fəaliyyət göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 15 yaşını qeyd etdiyimiz Yeniçağ.az nə yaxşı ki, bu sahədə özünəməxsis yer tuta bilib və minlərlə oxucunun rəğbətini, etibarını qazanıb.

Yenicag.az kükrək addımlarla irəlilədiyi vaxtdan indiyə kimi kamil bir mətbu orqana çevrilmişdir. Yarandığı gündən bəri istedadlı jurnalist, bacarıqlı təşkilatçı və sədaqətli övlad imicini qazanmış Aqil Ələsgər bu zaman kəsiyində çox çətin bir işin öhdəsindən gəlmişdir.

Yenicag.az möhkəm addımlarla irəliləyərək müstəqil və tərəfsiz fəaliyyət göstərir. Bütün hallarda dövlətçiliyin keşiyində durmağı bacarır. Şübhəsiz ki, hər bir redaktor mətbuatda iz salmaq üçün ilk növbədə ətrafına bacarıqlı, hər şeydən əvvəl istedadlı insanları toplamağı bacarmalıdır.

Əziz oğlum Aqil başda olmaqla bütün yeniçağçıları təbrik edir, arzu edirəm ki, daha böyük rəqəmli yubileyləri qeyd etsinlər və ölkəmizin informasiya məkanında hər zaman bu cür parlaq və özünəməxsus mövqeyi ilə seçilsinlər.

Məlahət Qurbanova

Azərbaycan Kərkük Mədəniyyət Mərkəzinin sədri