Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaqbackend

Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

İnterpress.az  xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.