Məmmədyarov amerikalı rəqibinə uduzdubackend

Məmmədyarov amerikalı rəqibinə uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmatçımız Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” yarışının “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirib.

İnterpress.az xəbər verir ki, qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə təslim olub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.