“Mənim kimi qızı olan atasına, anasına baxmalıdır” – Pərvindən açıqlamabackend

“Mənim kimi qızı olan atasına, anasına baxmalıdır” – Pərvindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“İndiyənə kimi aldığım ən bahalı hədiyyənin qiyməti 30 min olub. Ziynət əşyası idi. Başqa hədiyyələri deməyim”.

Bu sözləri aktrisa Pərvin Abıyeva “Həmin Zaur” proqramında deyib. Sənətçi aldığı hədiyyələrdən danışıb.

Ailəsindən danışan Pərvin “Evdə deyirlər hamının qızı ərə getdi, Pərvin qalıb” sualına “Atam tez-tez deyir, eşitdirir. Görür özümdə işə yaramır, bacıma deyir. Atam anamı qaçırdıb. İkisi də Bakıda təhsil alıb. Həmin vaxt tanış olublar. Ərə gedəndə ər mənə baxacaq. Hər qadın istəyir ər çörəyi yesin” cavabını verib.

“Atan işləyir? Eşitdik, ata, ananı qoymursan ki, mənim kimi qızı olan işləməz” sözlərinə aktrisa “Mənim kimi qızı olan ata, anasına baxmalıdır. Nə fərqi var, işləyir, ya yox” reaksiyasını verib.

 

İNTERPRESS.AZ