Kral Hərbi Dəniz Qüvvələrinin sahil mühafizə bölməsi Atlantik okeanında Mərakeşin cənubundakı Tan-Tan sahillərində Saharaaltı Afrika ölkələrindən olan 56 qeyri-qanuni miqrantı xilas edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Xilas edilən şəxslər ilk sağlamlıq müayinələrindən sonra sağ-salamat Tan-Tan Limanına aparılıb və lazımi əməliyyatların başlanması üçün müvafiq bölmələrə təhvil verilib.
Mərakeş Daxili İşlər Nazirliyi iyun ayında verdiyi açıqlamada bu ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alındığını və 3 150 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qeyri-qanuni miqrantların sıx tranzit məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır.