Məşhur aktyor neyron şəbəkələr vasitəsilə öz obrazının yenidən yaradılmasını qadağan edib.
İnterpress.az xəbər verir ki, aktyor Robert Dauni (kişik) yeni Marvel filmləri üçün neyron şəbəkələr vasitəsilə öz obrazının yenidən yaradılmasını qadağan edib.
O, zahiri görkəmi hesabına varlanmaq üçün edilən bütün bu cür cəhdlərin qarşısını alacağını bəyan edib.
Onun bəyanatını keçən yay kütləvi tətillərdə iştirak edən digər Hollivud aktyorları da dəstəkləyib.
Bu gün hər kəs öz görünüşünü rəqəmsallaşdıra bilər. Məsələn, Kandinsky Telegram botunda indi “Avatarlar” funksiyası var ki, bu da sizə təqdim edilmiş fərdiləşdirmə seçimlərindən yüklənmiş fotoşəkil əsasında uyğun şəkil yaratmağa imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az