Məşhur MMA döyüşçüsünün güllələnməsinin səbəbləri BƏLLİ OLDUbackend

Məşhur MMA döyüşçüsünün güllələnməsinin səbəbləri BƏLLİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada məşhur MMA döyüşçüsü Timur Xizriyev güllələnib. 

İnterpress.az xəbər verir ki, iki maskalı şəxs Xızrıyevi yaşayış binasının həyətində gözləyib və o, avtomobilindən düşən zaman ona 10 atəş açıblar.

Hücum nəticəsində döyüşçü çiyin, bilək və döş qəfəsindən 5 yara alıb.

PFL və “Bellator” MMA döyüşçüsü Timur Xizriyevin güll\l\nməsinin səbəbləri məlum olub.

Məlumata görə, o, “Gelendvagen” üçün 30 milyon rubl (təxm. 65 min man.) borcu olduğu üçün güllələnib.

Hücumdan bir gün əvvəl o, bloger Marsel Əliyevlə Mahaçqalanın mərkəzində danışıqlar aparmağa cəhd edib.

Xızrıyev borcun bir hissəsini ödədiyini, digər hissəsini isə sonra qaytaracağını bildirib.

Ertəsi gün Əliyev və iki şəriki Xızrıyevi evinin yaxınlığında pusquya salaraq güllələyiblər. Döyüşçü rezin güllələrlə beş dəfə yaralanıb.

Hazırda o, əməliyyat olunub və müalicəsini davam etdirir. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az