Məşhur müğənnini gözündən güllələdilər – Fotolarbackend

Məşhur müğənnini gözündən güllələdilər – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Şahan Dinç gözündən güllə ilə vurulub. 

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl evinin önündə silah səsləri eşidən sənətçi nə baş verdiyini öyrənmək üçün pəncərədən çölə baxıb. Bu zaman küçədə atılan qəfil güllələrdən biri onun üzündə partlayıb.

Çoxsaylı qəlpə yarası alan müğənni dərhal xəstəxanaya çatdırılsa da onun sağ gözünü xilas etmək mümkün olmayıb. Həkimlər həyatı risk daşıdığı üçün Şahan Dinçin gözünün içində qalan üç parça qəlpəni çıxartmayıblar. O, əməliyyat edilərək sağ gözünə protez qoydurub.

Ş.Dinçin son durumu ilə bağlı məlumat verən meneceri onun evə buraxıldığını, lakin vəziyyətinin yaxşı olmadığını qeyd edib.

 

Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar

 

İnterpress.az