Reper Ciqan İsraildə reabilitasiya kursu KEÇİR – VİDEObackend

Reper Ciqan İsraildə reabilitasiya kursu KEÇİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Repçi Ciqan İsraildə bir aylıq reabilitasiya kursu keçir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Repçi Ciqan hazırda İsraildə özəl reabilitasiya mərkəzində bir aylıq kurs keçir. Müalicənin təxminən təxminən 40,3 min manata başa gəldiyi bildirilir.

Klinikanın 30 günlük baza proqramının qiyməti 25 min dollara (təxminən 42,5 min manat) qədərdir. Proqrama yaşayış, sutka boyu nəzarət, psixoloji və dərman müalicəsi daxildir.

Məlumata görə, sənətçi iyul ayında Moskva vilayətindəki evində baş verən atışma insidentindən sonra İsrailə müalicəyə göndərilib.

Ciqanın karabinlə atəş açaraq mühafizəçini yaraladığı və daha sonra evdəki əməkdaşları təxminən 10 saat oradan buraxmadığı bildirilir.

Ciqan daha əvvəl İsraildəki reabilitasiya mərkəzində olduğunu təsdiqləyib, lakin konkret olaraq hansı səbəbdən müalicə aldığı açıqlanmayıb.

Mütəxəssislər zəruri hesab edərsə, kursun uzadıla biləcəyi qeyd olunur.

O, Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az