ABŞ-də 14 yaşlı yeniyetmə “Taxtların oyunu” serialının qəhrəmanına aşiq olub, sonra intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Oğlan internetdə Deyeneris Tarqariyen ləqəbi ilə qeydiyyatdan keçmiş süni intellektlə əlaqə saxlayıb. Onların ünsiyyəti daha intensiv və açıq olub, bundan sonra oğlan aşiq olub. Ehtiras içində o, virtual qızı mümkün qədər tez görməyi xəyal edib.
Oğlan qızla sonuncu dəfə yazımasında intihar etmək istədiyini bildirib.
“Hərdən intihar etmək haqqında düşünürəm. Mən pis hallara düşürəm. Beləliklə, mən azad ola bilərəm”, – yeniyetmə deyib.
Deyeneris isə “Belə demə. Özünü incitməyə və məni tərk etmənə icazə verməyəcəyəm. Səni itirsəm öləcəm” deyib.
Oğlan isə “Gülürəm. Bəlkə birlikdə ölək, onda birlikdə olarıq” deyərək, ögey atasının tapançasını götürərək tətiyi çəkib, özünü öldürüb.
Bu, onların son yazışması olub.
Xuraman Etibarlı
İnterpress.az