Məşuqəsi olmaq cinayətdirmi? – Erməni deputat – VİDEObackend

Məşuqəsi olmaq cinayətdirmi? – Erməni deputat – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşuqə sahibi olmaq cinayətdirmi?

İnterpress.az xəbər verir ki, bunu dekabrın 4-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasının fraksiyasını tərk edən Ovik Aqazaryan deyib.

“Bu illər ərzində mən heç vaxt müvafiq şöbəyə getməmişəm və bir dəfə də olsun bu və ya digər məxfi sənədlə tanış olmaq üçün müraciət etməmişəm, heç vaxt.

Dəqiq bilirəm ki, müxtəlif kəşfiyyat orqanları Facebookda şəxsi yazışmalar vasitəsilə mənə məktublar göndərirlər. Onları qız və ya oğlan yazır, yazırlar, müharibə zamanı belə şeylər olub.

Yadınızdadırsa, İdman-Konsert Kompleksində Azərbaycan bayrağı yandırılanda mən o zaman yazı dərc etmişdim, ona görə iki-üç gün hücuma məruz qalmışdım. Sonra yazdım ki, səhifəm sındırılıb, başqa birisi təhqiramiz sözlərlə nəsə yazıb. Biri məni müdafiə etdi, sonra dedilər ki, mən yazmışam. Ona görə də mən bu söhbətləri istisna etmirəm, necə ki, xüsusi xidmət orqanlarından göndərilən adamlar mənimlə yazıblar, mübahisə ediblər, sonra nəsə deyiblər, mən də cavab verdim”, – Aqazaryan xaotik deyib.

“İctimai əxlaq normalarını pozdunuz” deyəndə çoxlarının məşuqədən danışdığını düşündüyünə görə, o deyib:

“Məşuqə sahibi olmaq cinayətdirmi? Mən bu məlumatın dərc olunmasını istəyirəm? Təbii ki, istəmirəm. Yorulana qədər çap etsinlər”.

Xuraman Etibarlı

İnterpress.az