Metroda kişini qəsdən qatarın altına itələyən şəxsə cinayət işi AÇILDI – VİDEObackend

Metroda kişini qəsdən qatarın altına itələyən şəxsə cinayət işi AÇILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi metrosunda bir nəfəri qatarın altına qəsdən itələyərək ölümünə səbəb olan şəxsə cinayət işi açılıb.

İnterpress.az gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisi metrosunda hadisə ilə bağlı cinayət işi açıb.

Faciə ötən gecə paytaxtın Saburtalinskaya filialında baş verib. Nəticədə bir neçə saatlıq nəqliyyatın hərəkəti dayandırılıb.

Təfərrüatlar yalnız indi məlum olub. Mövcud məlumata görə, Dövlət Universitetinin stansiyasında sərxoş və ya narkotik maddə altında olan şəxs izdiham içərisində həmin şəxsi qəsdən relslərin üzərinə itələyib və nəticədə o, yerindəcə keçinib.

O, qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb. Cani hadisə şahidləri və stansiya əməkdaşları tərəfindən tutulub. İş Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə başlanıb.

Xuraman Etibarlı

İnterpress.az