Rusiyada məzun günündə 80 nəfər zəhərlənib.
İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, Yekaterinburqda kafedə zəhərlənən 12 məzun salmonellyozla xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hər şey Ural Dövlət Hüquq Universitetinin Respublika Prokurorluğu İnstitutunun məzunlarının təhsillərinin başa çatmasını qeyd etdikləri “Versal” kafesində baş verib.
Ertəsi gün özlərini pis hiss ediblər və xəstəxanalara gediblər.
İlkin məlumatlara görə, ümumilikdə 80 nəfər zəhərlənib.
Xuraman Etibarlı
İnterpress.az