Həştərxanda mikroavtobusun qəzaya uğraması nəticəsində 9 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Rusiyanın Həştərxan şəhərində marşrut taksisinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Rusiya Daxili İşlər Nazirliyindən (DİN) daha əvvəl verilən məlumata görə, qəzaya marşrut taksisi sürücüsünün qaydaları kobud şəkildə pozması səbəb olub.
Belə ki, sürücü işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətə davam edib və nəticədə minik avtomobili ilə toqquşub.
Xuraman Etibarlı
İnterpress.az






