Millət vəkili Sabir Rüstəmxanlı Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTObackend

Millət vəkili Sabir Rüstəmxanlı Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra millət vəkili rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında görülən işlərlə tanış olub. Millət vəkili həmçinin qəsəbə sakinləri ilə görüşmüş, seçicilərin problemləri ilə maraqlanmışdır.
Məlumat üçün bildirək ki, sözügedən parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır.
Həsənabad qəsəbəsində aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.

 

 

İnterpress.az