Millət vəkili Tənzilə Rüstəmxanlı Akdeniz Barış və Diplomasi Forumunda iştirak edib – VİDEObackend

Millət vəkili Tənzilə Rüstəmxanlı Akdeniz Barış və Diplomasi Forumunda iştirak edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Tənzilə Rüstəmxanlı Şimali Kiprdə keçirilən Akdeniz Barış və Diplomasi Forumunda iştirak edib.

İnterpress.az xəbər verir ki, 29–30 iyun 2026-cı il tarixlərində Bahçeşehir Kıbrıs Universitetinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada keçirilən Akdeniz Barış və Diplomasi Forumunda Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

“Aynı Köklerle, Ortak Geleceğe” şüarı altında keçirilən forum müxtəlif ölkələrdən siyasətçiləri, parlament üzvlərini, diplomatları, alimləri və ictimai xadimləri bir araya gətirib. İki gün davam edən tədbirdə Şərqi Aralıq dənizi regionunda sülh, diplomatiya, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Forum çərçivəsində Tənzilə Rüstəmxanlı müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq, regional sabitlik və beynəlxalq dialoqun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

Deputatın beynəlxalq platformada iştirakı Azərbaycanın mövqeyinin təqdim olunması, dost və qardaş ölkələrlə əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, Bahçeşehir Kıbrıs Universitetinin ev sahibliyi ilə ilk dəfə keçirilən Akdeniz Barış və Diplomasi Forumu Şərqi Aralıq dənizi regionunda sülhün təşviqi, diplomatik dialoqun genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub.