Millətlər Liqası: Fransa Danimarkanı, Belçika Niderlandı qəbul edəcəkbackend

Millətlər Liqası: Fransa Danimarkanı, Belçika Niderlandı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçiriləcək.

A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edəcək. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gələcəklər.

4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın, Slovakiya isə Serbiyada Belarusun qonağı olacaq.

UEFA Millətlər Liqası

I tur

A Liqası

1-ci qrup

22:45. Fransa – Danimarka

22:45. Xorvatiya – Avstriya

4-cü qrup

22:45. Belçika – Niderland

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan – Azərbaycan

22:45. Belarus – Slovakiya

D Liqası

1-ci qrup

20:00. Latviya – Andorra

22:45. Lixtenşteyn – Moldova