Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edibbackend

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

İnterpress.az-ın məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, üç gün sonra da xalqımız Novruz və Ramazan bayramını qeyd edəcək.

“Xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir”.

S.Qafarova təklif edib ki, bayramlar münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqın və dövlətin bu günü və sabahı naminə fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq.

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.