Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək – EKSKLÜZİVbackend

Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.

Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyası sədrinin müavini, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.

İNTERPRESS.AZ