Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsinə yardım aparıbbackend

Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsinə yardım aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Onkologiya Mərkəzinin əməkdaşları Ağcabədi rayonunda yaşayan sakinlərə yardım aparıb.

Bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli məlumat verib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən etibarən başlayan təxribatları ilə əlaqədar Milli Onkologiya Mərkəzinin kollektivi cəbhə bölgəsində yaşayan sakinlərə əllərindən gələn dəstəyi verməyə davam edir:

“Cəbhə bölgəsində olan sakinlərə, xüsusilə azyaşlı uşaqlar və qadınlar üçün xeyli miqdarda qalın paltar dəstləri, eləcə də gündəlik istifadə olunan 13 çeşiddə zəruri qida məhsulları göndərilib. Yardımlar mütəmadi olaraq davam etdiriləcək. Bundan başqa Saracalı Hərbi Hospitalına yaralılar üçün cərrahiyyə zamanı lazım olan zəruri tibbi avadanlıqlar bağışlanıb. Bir ədəd elektrik bıçağı və sorucu alət hədiyyə edilib.

Eyni zamanda sentyabr ayının 28-dən etibarən Milli Onkologiya Mərkəzinin ümumilikdə səkkiz nəfərdən ibarət olan aparıcı cərrahları və anestezioloqları hazırda Saracalı Hərbi Hospitalında yaralılara tibbi yardım göstərirlər. Mərkəzin əməkdaşlarının istər maddi, istər tibbi yardımları davamlı olacaq”.

 

İnterpress.az