Milli Şuranın üzvü Rövşən Əhmədli qurumdan istefa verib.
Pravda.az-ın xəbərinə görə, o, istefasının səbəbini son günlər baş verənlərlə əlaqələndirib.
“Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, – deyə R. Əhmədli qeyd edib.
İnterpress.az