Mingəçevirdə yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadının adı bəlli olub.
İnterpress.az -ın məlumatına görə, bu Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır.
Qeyd edək ki, o, kəlbəcərli, 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlunu döş qəfəsindən bıçaqlamaqda şübhəli bilinir.
Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
İnterpress.az






