Minlərlə erməni sahibkar üçün böyük ŞOK: Satışlar bir anda DAYANDIRILDIbackend

Minlərlə erməni sahibkar üçün böyük ŞOK: Satışlar bir anda DAYANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Wildberries” və “OZON” Ermənistan satıcılarının satışlarını dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına Şuşan Mkrtçyan məlumat verib.

Məşhur “Wildberries” və “OZON” ticarət platformaları Ermənistandan olan satıcıların satış fəaliyyətini tamamilə dayandırıb.

Fərdi sahibkar Şuşan Mkrtçyanın sözlərinə görə, heç bir əsaslı səbəb göstərilmədən satışlar cəmi bir neçə saat ərzində bağlanıb.

Artıq təxminən 2500 sahibkarı birləşdirən “Telegram” qruplarında satıcılar bir-birini bu vəziyyət barədə xəbərdar ediblər.

Ermənistanın fərdi sahibkarları və Məhdud Məsuliyyətli Cəmiyyətlərinə (MMC) məxsus bütün məhsulların satışına dünən axşam saatlarından etibarən qadağa qoyulub.

Kiçik biznes üçün bu platformalar təkcə satış kanalı deyil, həm də pul axınlarını idarə etmək və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində brendin tanıdılması üçün əsas alətdir.

Bu vəziyyətdə dövlətin kiçik sahibkarlara dəstək göstərməsinin vacibliyi vurğulanır, çünki məhz kiçik biznes gələcəyin iri müəssisələrinin təməlini qoyur.

Xuraman Etibarlı

İnterpress.az