Miqrantlar ABŞ-a girmək üçün gizli qapı tapıblarbackend

Miqrantlar ABŞ-a girmək üçün gizli qapı tapıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da nəsli kəsilməkdə olan antilopların keçməsi üçün açıq qalan bənd qapıları ölkəyə qanunsuz giriş nöqtələrinə çevrilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hər gün minlərlə qeyri-qanuni miqrant bu yolla ABŞ-a daxil olur. ABŞ-da musson yağışlarının törətdiyi daşqını çıxarmaq və nəsli kəsilməkdə olan antilopları keçmək üçün bənd qapıları açıq qalıb.

Minlərlə qeyri-qanuni miqrant ölkəyə qanunsuz daxil olmaq üçün bu qapaqlardan istifadə etməyə başlayıb.

Meksika ilə sərhəddə yerləşən Arizona ştatında təxminən 2 ay əvvəl 114 bənd açılıb.

Amerika mətbuatında çıxan xəbərlərə görə, ötən ay bu məntəqələrdən ölkəyə qeyri-qanuni yollarla 42 mindən çox qeyri-qanuni miqrant daxil olub.

Arizona ABŞ-a qeyri-qanuni keçidlərin ən sıx olduğu əyalət hesab olunur.