Misir, Qətər və ABŞ Qəzzada sülh danışıqlarını bərpa etməyə çalışır – “Əl-Qahera News”backend

Misir, Qətər və ABŞ Qəzzada sülh danışıqlarını bərpa etməyə çalışır – “Əl-Qahera News”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir, Qətər və ABŞ Qəzzada sülh danışıqlarını bərpa etməyə çalışırlar.

İnterpress.az xəbər verir ki, bu barədə Misirin dövlət telekanalı “Əl-Qahera News” yüksək rütbəli məmura istinadən məlumat yayıb. Bildirilir ki, Misirin təhlükəsizlik heyəti Qətər və ABŞ ilə koordinasiyada Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çalışır.

Rəsminin sözlərinə görə, Misir Qəzzada Rəfah keçidinin yenidən açılması məsələsinin mayın əvvəlində qüvvələrinin keçidi ələ keçirmiş İsraillə deyil, yalnız Fələstin və beynəlxalq tərəflərlə həllinə qarşı sərt mövqe nümayiş etdirib.

Əl-Qahera News-a istinadla xəbər verən mənbəyə görə, Misir bütün əlaqədar tərəflərə bildirib ki, danışıqları bərpa etmək səyləri İsrailin Qəzzanın cənubundakı Rəfaha üç həftəlik hücumu nəticəsində pozulub və bu, “qorxunç nəticələrə” gətirib çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az