Misirdə qədim qəbirlər AŞKARLANDI: içərisindən qızıl əşyalar TAPILDI – FOTObackend

Misirdə qədim qəbirlər AŞKARLANDI: içərisindən qızıl əşyalar TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə arxeoloqlar indiyədək məlum olmayan, yunan-romalılar dövrünə aid qədim qəbirlər aşkar ediblər. Qəbirlərdən insan qalıqları ilə yanaşı, qızıl əşyalar və digər qiymətli tapıntılar da əldə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Kəşf Misirin Aralıq dənizi sahilində, Marina əl-Əlameyn bölgəsində, İsgəndəriyyə şəhərindən təxminən 100 kilometr qərbdə aparılan arxeoloji qazıntılar zamanı edilib.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, burada yunan-romalılar dövrünə aid ümumilikdə 18 dəfn yeri aşkar olunub.

Tədqiqatçılar hesab edirlər ki, bu ərazidə ellinizm dövründən Bizans dövrünədək inkişaf etmiş qədim Levkaspis liman şəhəri yerləşib.

Tapılan qranit sarkofaqlardan birinin uzunluğu təxminən 2,5 metrdir və onun qapağı da salamat vəziyyətdə qalıb. Bu fakt həmin məzarın təxminən 2 min il ərzində açılmadan qorunduğunu göstərir.

Qəbirlərin içərisindən insan qalıqları, keramika məmulatları, amforalar və müxtəlif dəfn əşyaları aşkarlanıb.

Ən diqqətçəkən tapıntılardan biri isə bir neçə mərhumun ağzına yerləşdirilmiş 24 ədəd qızıl əşya olub.

Alimlərin fikrincə, bu qızıl əşyalar qədim inanclara görə ölülərin axirət dünyasına keçidini asanlaşdırmaq məqsədi daşıyıb.

Xuraman Etibarlı

İnterpress.az