Mixael Şumaxer haqqında yeni film işıq üzü GÖRƏCƏKbackend

Mixael Şumaxer haqqında yeni film işıq üzü GÖRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Netflix” Mixael Şumaxer haqqında yeni sənədli film təqdim edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

“Netflix” striminq platforması almaniyalı pilotun ilk dəfə “Formula-1” çempionu olduğu 1994-cü il mövsümünə həsr olunmuş yeni sənədli filmini təqdim edəcək.

“Şumaxer 94 – əfsanənin doğuluşu” (Schumacher 94 – Birth of a Legend) adlı ekran əsəri oktyabrın 2-də işıq üzü görəcək və bütün dünyada yayımlanacaq.

Rejissor Kristin Fraytaqın ərsəyə gətirdiyi filmdə Şumaxerin Braziliyadakı mövsümün ilk mərhələsindən başlayaraq Avstraliyadakı həlledici yarışadək keçdiyi uğur yolundan, o cümlədən əvvəllər heç vaxt nümayiş olunmamış arxiv kadrlarından bəhs ediləcək.

Ekran işində pilotun həyat yoldaşı Korinna Şumaxer ilk dəfə münasibətlərinin başlanğıcı haqqında ətraflı danışacaq.

Filmdə həmçinin Flavio Briatore, Berni Ekklstoun, Devid Kultxard və eyniadlı idmançının yaxın ətrafından olan digər tanınmış simalar yer alacaqlar.

Qeyd edək ki, 1994-cü ildə qazanılan çempionluq Şumaxerin “Formula-1″dəki 7 titulundan birincisi olub.

O, Lyuis Hemiltonla birlikdə çempionluq titullarının sayına görə rekordçu olaraq qalır.

2013-cü ildə dağda xizəklə sürərkən aldığı ağır kəllə-beyin xəsarətindən sonra Mixael Şumaxer bir daha ictimaiyyət arasında görünməyib.

Xuraman Etibarlı

İnterpress.az