Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldıbackend

Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevdə hücuma məruz qalıb.

İnterpress.az xəbər verir ki,bu barədə strana.ua saytı xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, naməlum kişi M. Saakaşvilinin olduğu restorana gizli daxil olub.

“O, əlindəki kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib”, – mənbə yazır.

Siyasətçinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırıb.

Lakin polis hadisə yerinə gələnədək hücumu həyata keçirən kişi oradan qaça bilib.

Hələlik hücumun motivləri məlum deyil.

 

İnterpress.az