“Moskva-Siti” PUA hücumuna görə ONLAYN İŞƏ KEÇİR – VİDEObackend

“Moskva-Siti” PUA hücumuna görə ONLAYN İŞƏ KEÇİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva-Siti”nin ofisləri pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən uzaqdan işə keçir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası mənbələrə istinadən məlumat yayıb.

VTB artıq öz mərkəzi ofis işçilərini evdən işləməyə göndərib. Mənbələr bildirirlər ki, oxşar tədbirlər digər şirkətlərdə də tətbiq olunur.

Gecə yarısından səhər saat 8-ə kimi ofislər ziyarətçilər üçün bağlı olacaq.

Rəsmi səbəb yaxın iki həftə ərzində gözlənilən dron hücumlarıdır.

Sobyaninin Moskvanın 99%-nin hava hücumundan müdafiə sistemləri ilə qorunduğu barədə açıqlamalarına baxmayaraq, iri korporasiyaların rəhbərləri bu sözlərə əslində etibar etmirlər.

Moskva şəhərində Rəqəmsal İnkişaf Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Sənaye və Ticarət Nazirliyinin, Ozon, Sberbank və digər iri şirkətlərin ofisləri yerləşir.

Xuraman Etibarlı

İnterpress.az