Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava, 102 nəfər saxlanıldıbackend

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava, 102 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada miqrantlar arasında kütləvi dava baş verib.

Dava “Kuzminki” metro stansiyasının ətrafında başlayıb.

Moskva polisi davada iştirakda şübhəli bilinən 102 miqrantı saxlayıb.

“Mash” teleqram kanalı davada təqribən 200 nəfərin iştirak etdiyini yazıb. Saxlanılanlar arasında Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, həmçinin iki Azərbaycan vətəndaşının olduğu deyilir.

Rusiya DİN-in məlumatına görə, saxlanılanların təqribən 100-ü Rusiyadan çıxarılacaq. Davada iştirak edən 103 nəfərə qarşı isə xırda xuliqanlıq, Rusiyaya girişlə bağlı qaydaların pozulması və ölkədə yaşama rejiminin pozulmasına görə inzibati protokollar tərtib olunub. Bundan başqa, bir neçə miqrantın Rusiya ərazisinə girişi qadağan olunacaq.

“REN TV” telekanalının məlumatına görə, kütləvi davanın səbəbi Qırğızıstandan olan miqrantların daha əvvəl baş vermiş mübahisənin intiqamını almaq istəməkləri olub. Qeyd olunur ki, daha əvvəl baş vermiş mübahisə zamanı Tacikistandan olan miqrantlar iki qırğız işçiyə bıçaqla xəsarət yetiriblər.

 

 

İnterpress.az