Moskvada qopan lift insanın üzərinə düşərək onu ÖLDÜRDÜbackend

Moskvada qopan lift insanın üzərinə düşərək onu ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın şərqində qopan lift bir nəfərin üzərinə düşüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın paytaxtı Moskva şəhərinin şərqində ağır və dəhşətli bədbəxt hadisə baş verib. Qopan lift kabini şaxtada bir nəfərin üzərinə düşüb.

İlkin məlumatlara görə, liftin altında qalan həmin şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə dərhal xilasedicilər, təcili xidmət əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunublar.

Hazırda xilasetmə briqadaları həlak olan şəxsin cansız bədənini lift şaxtasından çıxarmağa çalışırlar.

Faktla bağlı paytaxt hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, qəzanın başvermə səbəbləri və digər təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz