Mossad rəhbəri bu həftə Vaşinqtona səfər edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilir ki, Mossad rəhbəri Barnea digər ölkələri Qəzza zolağından yüz minlərlə fələstinlini qəbul etməyə inandırmaq üçün ABŞ-dan dəstək axtarmağa görə bu həftə Vaşinqtona səfər edəcək.
Barnea daha əvvəl Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoffa İsrailin bu məsələ ilə bağlı Efiopiya, İndoneziya və Liviya ilə danışıqlar apardığını bildirmişdi.
Lakin ABŞ rəsmilərinin sözlərinə görə, Ağ Ev ərəb ölkələrinin güclü müqaviməti ilə üzləşdikdən sonra bu ideyadan soyuyub.
Eyni zamanda, İsrail mediasının məlumatına görə, İsrailin müdafiə naziri Katz amerikalı həmkarı Heqsətlə görüşmək üçün Vaşinqtona gəlib.
Xuraman Etibarlı
İnterpress.az