Qum şəhərindəki “şəhidlər lövhəsi” İran ictimaiyyətini qarışdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın Qum şəhərindəki “şəhidlərin xatirə lövhəsi”ndə yer alan görüntülər geniş müzakirələrə səbəb olub.
Belə ki, xatirə lövhəsində İranın dini rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneinin də fotosunun əks olunması onun ölümü ilə bağlı iddiaları gücləndirib.
Müctəba Xameneinin fotosunun “şəhidlər” sırasında nümayiş etdirilməsi, onun dünyasını dəyişdiyi barədə qeyri-rəsmi təsdiq kimi qəbul edilib.
Rəsmi Tehran hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xuraman Etibarlı
İnterpress.az






