“Mövcud şərait bölmələrimizin nəzarəti altındadır”.
“İnterpress.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir: “Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək”.