Müdafiə Nazirliyindən Milli Qurtuluş Günü ilə bağlı VİDEOÇARXbackend

Müdafiə Nazirliyindən Milli Qurtuluş Günü ilə bağlı VİDEOÇARX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb.

OnlinePress.az xəbər verir ki, videoçarxda 1993-cü ilin ikinci yarısına qədər Azərbaycanda baş verən hadisələrdən bəhs olunur.

Həmin dövrün hadisələri barədə polkovniklər Yaşar Kərimov və Bəbir Quliyev, mayor Elnur Xudeynatov və digərləri xatirələrini bölüşüblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Ordusunun dünyanın qabaqcıl orduları sırasına qoşulması istiqamətində zəruri addımlar atıldı:

“Hərb elminə və sənətinə xüsusi üstünlük verən milli liderin Silahlı Qüvvələrə diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü orduları sırasına qoşula bildi”.

Videoçarxda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərqərar olunmasından da bəhs edilir.

OnlinePress.az